"Real"ın forvardı Kərim Benzemanın Fransa yığmasındakı taleyinə aprelin 15-də aydınlıq gələcək.
Sportarena.az xəbər verir ki, Fransa Futbol Federasiyası forvardın Avropa çempionatında oynayıb-oynamayacağına qərar verəcək.
Benzema Fransanın Hollandiya və Rusiya ilə yoldaşlıq oyunlarına dəvət almayıb.
Qeyd edək ki, 28 yaşlı forvard dekabr ayında Matye Valbuenanın şantaj işində şübhəli bilindiyindən sonra millidən kənarlaşdırılmışdı.