Martın 29-da keçirilməsi nəzərdə tutulan Belçika - Portuqaliya matçının terror aktı səbəbi ilə təxirə düşdüyünü xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, Belçika Futbol Federasiyası matçın həyata keçiriləcəyi barədə məlumat yayıb. Qarşılaşma Portuqaliyanın Leiriya şəhərində keçiriləcək.
Qeyd edək ki, Belçika - Portuqaliya matçı Brüsseldə baş vermiş terror aktları səbəbi ilə təxirə salınmışdı. Terror hadisəsi zamanı 34 nəfər ölüb, 170 nəfər isə yaralanıb.