"Mançester Siti"də ciddi itki: ÇL-nın 1/4 finalında oynamayacaq

21:29 23 Mart 2016

"Mançester Yunayted"ə qarşı keçirilimiş matçda zədələnən "Mançester Siti" klubunun yarımmüdafiəçisi Rahim Sterlinqin durumuna aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın 31-ci turunda baş tutan matçda zədələnən 21 yaşlı futbolçu bu gün tibbi müayinədən keçib. Zədəsinin ciddi olduğu bildirilən futbolçunun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.


Bu səbədən futbolçu, Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ klubuna qarşı keçiriləcək hər iki matçda forma geyinə bilməyəcək. 

 

Xatırladaq ki, PSJ-yə qarşı keçiriləcək ilk matç 6 aprel tarixində baş tutacaq. Cavab qarşılaşması isə ayın 12-i keçiriləcək.


Qeyd edək ki, Sterlin bu  mövsüm "Mançester Siti" forması ilə 28 oyun keçirib və 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti