“Real”, “Arsenal” klubunun və Braziliya yığmasının keçmiş oyunçusu Julio Baptista karyerasını MLS-də davam etdirəcək.
Bunu “Orlando Siti”nin yarımmüdafiəçisi Kaka öz Tvitter səhifəsindən elan edib.
“Biz yenidən bir klubda oynayacayıq! Julio Baptista Orlandoya xoş gəldin.”
Kaka “Sao-Paulo” və Braziliya yığmasında Baptista ilə bir yerdə çıxış edib.
Qeyd edək ki, 34 yaşlı Baptistanın son klubu “Kruzeyro” olub.