Daha öncə təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı baş tuta bilər.
Sportarena.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası hər iki komandanın qrafiki sıx olduğundan məhz bu tarixi nəzərdən keçirir.
Həmçinin qeyd olunur ki, matçın çempionatın nəticəsinə birbaşa təsir edəcəyindən, oyunun tez bir zamanda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Türkiyə Superliqasının 26-cı turu çərçivəsində martın 20-i keçirilməli olan “Qalatasaray” - “Fənərbağça” oyunu mümkün terror təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.