"Qəbələ" "təyyarəçilər" üçün yeni sima ilə hazırlaşdı:

00:51 24 Mart 2016

Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib.

Sportarena.az xəbər verir ki,  "qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gələrək məşqini gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Komandanın baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Xatırladaq ki, “qırmızı-qaralar” növbəti oyununu martın 30-da AZAL-a qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti