Millimizin oyunu polşalı hakimlərə tapşırıldı

10:07 24 Mart 2016

"Avro-2017"nin seçmə mərhələsində Rusiyanın və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, oyunu polşalı hakimlər briqadası idarə edəcək. 
Matçın baş hakimi Tomaş Musial olacaq. Ona həmyerliləri Radoslav Siejka və Yakub Slusarski köməklik edəcək. Dördüncü hakim isə Tomaş Kviatkovski olacaq.

 

Qeyd edək ki, bu gün keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti