Barak Obama: "Qızlarımı Messi ilə görüşdürmək istəyirəm"

12:12 24 Mart 2016

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama Argentinaya səfəri zamanı maraqlı açıqlaması ilə yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, ABŞ prezidenti B.Obama Argentinaya işgüzar səfər zamanı verdiyi açıqlamada, "Barselona"nın argentinalı futbolçusu Lionel Messi ilə qızlarını tanış etmək istədiyini bildirib:
"Mən qızlarımı Buenos-Ayresin gözəlliklərini göstərmək üçün buraya gətirmişəm. Onlar artıq Papa Françis ilə tanış olublar. 


İndi isə onları Messi ilə görüşdürmək istəyirəm. Amma çox təəssüflər olsun ki, bu mümkün olmadı. Çünki Messi artıq Argentinanı tərk edib".


Qeyd edək ki, Argentina millisi sabah Çili yığma komandası ilə qarşılaşacaq. Bu səbəbdən Argentina millisi Çiliyə yollanıb.


Digər xəbərlər

Xəbər xətti