Cüdoçularımız Türkiyədə yarışacaq

12:58 24 Mart 2016

Aprelin 1-də Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri turnirinə start veriləcək. 

 

Sportarena.az xəbər verir ki, 3 gün davam edəcək yarışa Azərbaycan millisi 12 cüdoçu ilə  qatılacaq.
 


Komandamızın baş məşqçisi Peter Zayzenbaher Türkiyəyə güclü heyət aparacaq. O, Rioya lisenziya xalı verən turnirdə Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Fəqan Quluzadə (73 kq), Rüstəm Alimli, Ziya Namazov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq) və Aişə Qurbanlıya (48 kq) güvənəcək.
 

Qran-pridə ümumilikdə 73 ölkədən 476 cüdoçu mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti