Almaniya millisinin zədəli yarımmüdafiəçisi Bastian Şvaynştaygerin durumuna aydınlıq gəlib.
Sportarena.az Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, zədələnərək İngiltərəyə geri dönən 31 yaşlı xavbek tibbi müayinədən keçib. Sağ dizindən ciddi zədələndiyi bildirilən futbolçunun Almaniya millisinin düşərgəsinə geri dönməyəcəyi açıqlanıb.
Qeyd edək ki, futbolçu Almaniya millisinin düşərgəsində İngiltərə ilə oyun öncəsi məşq zamanı zədələnmişdi.