"Mançester Siti"də yeni sima

14:38 24 Mart 2016

İspaniyanın "Atletik" (Bilbao) klubunun müdafiəçisi Emerik Laporte yeni mövsümdən "Mançester Siti"də oynayacaq.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, artıq "şəhərlilər"in idman direktoru Txiki Beqiristan və icraçı direktoru Ferran Soriano  Bilbao klubunun nümayəndələri ilə görüşüb. Tərəflər arasında razılıq əldə olunduğu da bildirilir.  Belə ki, "Mançester Siti" klubu futbolçunu transfer etmək üçün 50 milyon avro ödəyəcək. Bu məbləğə "Atletik" klubunun futbolçu üçün təyin etdiyi təzminat qiyməti də daxildir.

 

Qeyd edək ki, Laporte cari mövsüm "Ateltik"in heyətində 42 görüşə çıxıb və 5 qol vurub.


Digər xəbərlər

Xəbər xətti