Ukraynanın prezidenti Pyotr Poroşenko ölkənin yığma komandasının futbolçularına qeyri-adi hədiyyə edib.
Sportarena.az xəbər verir ki, Pyotr Poroşenko futbol yığmasının 9 oyunçusunu həqiqi silahla mükafatlandırıb. Prezident "Avro-2016"nın final oyununa çıxdığı üçün komandanın baş məşqçisi və Ukrayna Futbol Federasiyasının rəhbərlərinə silahlar təqdim edib.
Qeyd edək ki, prezidentin bununla bağlı xüsusi fərmanı 2015-ci ilin 21 noyabr tarixində verilsə də sənəd ötən gün Ukrayna KİV-inin sorğusuna cavab olaraq dərc olunub.