Əfsanəvi futbolçu vəfat etdi

17:35 24 Mart 2016

Bu gün 69 yaşlı əfsanəvi futbolçu və məşqçi Yohan Kroyff dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, XX əsrin ikinci yarısının ən məhşur futbolçularından biri olan Kroyff ağciyər xərçəngi səbəbi ilə vəfat edib. 

 

Y. Kroyff futbolçu karyerası boyunca "Ayaks", "Barselona" kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Y. Kroyff 425 qol vurub. Üç dəfə "Qızıl top"un sahibi olub. "Ayaks" və "Barselona"nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.
 
Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyff məşqçi kimi də böyük uğurlar qazanıb.


Digər xəbərlər

Xəbər xətti