16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Lixtenşteyn komandası ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 8:0.
Xaqani Sadıqovun 4 qol vurduğu oyunda hərəyə 1 dəfə Bəşir Aylarov, Fərid Məmmədov, Kamran Quliyev və Elvin Cəfərquliyev fərqlənib.
Qeyd edək ki, yığmamız növbəti oyununu martın 26-da, Bakı vaxtı ilə saat 13:30-da Malta komandasına qarşı keçirəcək.