"Mançester Siti"nin sabiq futbolçusu 6 il müddətinə həbs olundu

18:33 24 Mart 2016

İngiltərəli futbolçu Adam Conson 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun 15 yaşlı qızla cinsi əlaqədə olmasıdır. 


"Sanderlend" klubunun keçmiş futbolçusu 2 azyaşlı qız ilə cinsi əlaqədə olması səbəbi ilə hakim qarşısına çıxarılmışdı. Lakin futbolçu yalnız bir nəfərlə cinsi əlaqədə olduğunu boynuna alıb. 

 

Son olaraq "Sanderlend"də forma geyən Adam Consonun müqaviləsi fevral ayında klub tərəfindən ləğv edilib.


Bundan əlavə İngiltərə milli komandasında çıxdığı 12 rəsmi oyun sayı da futbolçunun  hesabından silinib.


Qeyd edək ki, Adam Conson "Mançester Siti" və "Midlsbro" kimi klublarda da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti