"Yuventus"un italiyalı müdafiəçisi Andrea Barzaqli klubla müqavilənin müddətini uzatmağa razılıq verib.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, imzalanacaq yeni müqavilənin müddəti 2018-ci ilə qədər olacaq.
Qeyd edək ki, 34 yaşlı müdafiəçi cari mövsüm İtaliya A seriyasında 24 görüşdə forma geyinib və 1 qol vurub.