"Neftçi" ilə oyun öncəsi "İnter"ə sevindirici xəbər

19:30 25 Mart 2016

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Neftçi"ni qəbul edəcək "İnter" klubu hazırlıqlarını davam etdirir. 

 


Sportarena.az xəbər verir ki, komandada olan zədəli futbolçu Qara Qarayev növbəti görüşü buraxacaq. Fuad Bayramov və Laşa Salukvadze isə artıq komandayla məşqlərə başlayıb. Hər iki futbolçu "Neftçi" ilə matça çıxa biləcəyi gözlənilir.

 

Serbiyada müayinədən keçən "İnter"in kapitanı Nizami Hacıyev isə dünən vətənə qayıdıb. Həkimlər N.Hasıyevi "Neftçi" ilə matça hazırlayır.

 


Komandayla birgə məşq edən Rauf Əliyev isə demək olarki artıq zədəsini tam bərpa etmək üzrədir. O, müəyyən vaxt çərçivəsində əvəzedici komandanın oyunlarında iştirak edəcək. R.Əliyevin aprel ayının ortalarından əsas komandanın heyətində meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, "İnter" – "Neftçi" matçı martın 30-da saat 18.00-da "İnter Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti