İbrahimoviç Türkiyədə ancaq "Fənərbaxça"ya gələr

23:07 25 Mart 2016

FIFA menceri Mersun İzzet İstanbulun “Fənərbağça” klubunun mövsümün əvvəlində Zlatan İbrahimoviç ilə danışıqlar apardığını və razılıq əldə edə bilmədiyini təsdiq edib.

Ancaq o verdiyi açıqlamada bildirib ki, “Fənərbağça onun istədiyi məbləği versə, İbra gələ bilər. O, Türkiyə Super Liqasındakı vəziyyəti dəyərləndirib və əgər Türkiyəyə gələrsə ancaq Fənərbağçaya gələ biləcəyini” söyləyib.

Qeyd edək ki, Zlatan illik minimum 12 milyon avro məvacib tələb edir.

Bundan əlavə İbrahimoviçin izinə Avropanın “Çelsi” və “Mançester Yunayted” kimi top klubları da düşüb və növbəti mövsümdən “qırmızı şeytanlar”ı çalışdırması gözlənilən Joze Mourinyonun Zlatana “gözlə” təlimatı verdiyi xəbərləri də mətbuatda yer alıb.

Qeyd edək ki, xəbər verdiyimiz kimi Zlatan İbrahimoviçə Çindən illik 75 milyon avro məvacib qarşılığında da təklif gəlib.

Zlatanın isə hansı addım atacağı maraqla gözlənilir.


Digər xəbərlər

Xəbər xətti