Gəncə azarkeşlərinə şad xəbər: kapitan qayıdır

23:33 25 Mart 2016

“Kəpəz” üç günlük bayram istirahətindən sonra martın 23-də Bakıda məşqləri bərpa edib. Gəncə klubu Azərbaycan Premyer Liqasının XVII turunda qarşılacağı “Zirə” ilə ev oyununa hazırlaşır.
Sportarena.az xəbər verir ki, “Neftçi”yə qarşı oyunda zədələnən kapitan Tural Axundovun vəziyyəti yaxşıdır və o, artıq məşqlərdə iştirak edir.
“Sarı-göylər” martın 29-da paytaxtı tərk edərək Nizami yurduna gələcək. Komandanın oyunöncəsi son məşqi görüşün keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti