Prosineçki: "Baş məşqçisi onu milliyə çağırmamağımı istədi"

00:27 26 Mart 2016

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki sabah Qazaxıstanla keçirəcəkləri yoldaşlıq oyunu öncəsi jurnalistərin suallarını cavablandırıb. 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 3 futbolçunu heyətə cəlb edə bilmədiklərinə görə təəssüfləndiyini bildirib.

- Hər oyun bizim üçün vacibdir. Təbii ki, istər yoldaşlıq görüşü olsun, istərsə də rəsmi matç, biz hər bir oyunda meydana uğurlu nəticə üçün çıxırıq. Artıq 6 gündür təlim-məşq toplanışı keçirik. Komandamın hazırlıq səviyyəsindən razıyam. Oyunumuzu getdikcə təkmilləşdiririk. Son görüşümüzü yaxşı keçirmişdik. Bunu Qazaxıstanla matçda da davam etdirmək istəyirik.
 
- Rəqib barədə hansı məlumatlar toplamısız?
- Rəqibin son iki oyununu izləmişəm. Xüsusən də, Latviya ilə görüşü qeyd edərdim. Latviya ilə son qarşılaşmada Qazaxıstan yığması güclü təsir bağışlamışdı. Güclü və ciddi rəqib bizi gözləyir. Bir sözlə, maraqlı mübarizə olacaq.
 
- Son yarım ildə millidə müəyyən dəyişikliklər oldu. Xüsusən də, gəncləşdirmə siyasəti aparıldı. Komandanın hazırkı heyətinin durumu ürəyinizcədirmi?
- Artıq 1 il 3 aydır ki, bu komandanı çalışdırıram. Bu müddətdə xeyli müsbət iş görmüşük. Heyətə gənc futbolçular cəlb etmişik. Təcrübəli oyunçular da komandaya kömək edirlər. 3 futbolçunu heyətə cəlb edə bilmədik. Xüsusən də, Rahid Əmirquliyev və Eddi israfilovu qeyd etmək istərdim. İkincinin klubu "Kordoba"da çox vacib çempionat oyunu olacaq. Bu üzdən baş məşqçiləri Eddini çağırmamağımı xahiş etdi. Rahidlə Eddi Avro-2016-nın seçmə mərhələsindəki oyunlara müntəzəm dəvət alan futbolçular idi. Fikrimcə, gənc və təcrübəli oyunçuların vəhdətindən yaxşı kollektiv formalaşdıra bilmişik.
 
- DÇ-2018-dəki şanslarınızı necə dəyərləndirirsiz?
- Seçmə mərhələdə çox çətin qrupa düşmüşük. Almaniya, Çexiya, İrlandiya, Norveç və San Marino ilə mübarizə aparacağıq. Bu qrupdakı komandalardan 3-ü Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Çox güclü qrupdur. Əlimizdən gələni edəcəyik.

dsport.az


Digər xəbərlər

Xəbər xətti