"Yuventus"un futbolçusu Paulo Dibalanın durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, zədə səbəbi ilə Argentina millisinin düşərgəsindən İtaliyaya geri dönən futbolçu dünən tibbi müayinədən keçib. Həkimlər futbolçunun zədəsinin ciddi olmadığını bildirib.
Qeyd edək ki, Dibala İtaliya çempionatının 30-cu turunda Torino (4:1) ilə qarşılaşmada zədələnmişdi.