"Oğlum "Bavariya" və ya "Mançester Yunayted"də oynamalıdır"

13:36 26 Mart 2016

İngiltərənin "Everton" klubunun futbolçusu Romelo Lukakunun atası, oğlunun başqa kluba transfer olunması ilə bağlı verdiyi açıqlamada maraqlı fikitləri ilə yadda qalıb.

 


Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun atası Roger Lukaku verdiyi açıqlamada oğlunun "Bavariya" və ya "Mançester Yunayted" klublarında forma geyinməyə layiq olduğunu deyib.


Atası Romelonun artıq Avropanın bir neçə nəhəng klubu ilə görüşdüyünü və transfer olması üçün özünü hazır hiss etdiyini bildirib:

"O, artıq hazırdır. Mən onun "Atletiko", "Yuventus", "Bavariya", "Çelsi" vəya "Mançester Yunayted" kimi klublarda oynamaq gücündə olduğunu bilirəm. Amma mənim fikrimcə, oğlum "Bavariya" və ya "Mançester Yunayted"də oynamalıdır. O, "Bavariya"da Levandovski ilə birlikdə gözəl oyun nümayiş etdirə bilər. "Mançester Yunayted" isə yeni heyətini inkişaf etdirir. Romelo kimi oyunçuya da belə bir komanda lazımdır".

 

Qeyd edək ki, futbolçu cari mövsüm "Everton" forması ilə çıxdığı 36 matçda 25 qol vurub.


Digər xəbərlər

Xəbər xətti