Luis Suares: "Vurduğum qol əsəblərimi sakitləşdirdi"

14:12 26 Mart 2016

Uruqvay millisinin futbolçusu Luis Suares "DÇ-2014"dən sonra yığma komanda ilə ilk oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, uzun müddət milli komandanın heyətində meydana çıxmayan futbolçu, dünən Braziliya yığmasına qarşı keçirilən matçda (2:2) iştirak edib.


Matçdan sonra futbolçu oyunu belə şərh edib:
"Rəqib hesabı çox tez açdı. Bu bizim üçün sürpriz oldu. Amma komandamız hər zaman, hesabdan asılı olmayaraq istənilən rəqibə qarşı əzmkar mübarizə aparır.


Vurduğum qol əsəblərimi sakitləşdirdi. Artıq 9 oyun idi ki, milli komandanın heyətində çıxış edə bilmirdim. Amma bu indi yenidən komandama qayıtdım və qol vura bildim. Yaşanan hadisələr zamanı və oyundan öncə mənə dəstək verən ailəmə dərin təşəkkürümü bildirirəm".

 


Qeyd edək ki, L.Suares "DÇ-2014"də İtaliyaya qarşı matçda rəqib komandanın futbolçusu Corcio Kyellinini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırmış və millinin heyətində 9 oyunda meydana çıxmasına qadağa qoyulmuşdu.


Digər xəbərlər

Xəbər xətti