"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində keçirilən Nigeriya - Misir (1:1) qarşılaşması böyük marağa səbəb olub.
Sportarena.az xəbər verir ki, matç Nigeriyanın Kadun ştatının "Ahmadu Belo" stadionunda keçirilib. Arenanın azarkeş tutumunun 25 min nəfər olmasına baxmayaraq, matçı stadiondan 40 mindən çox insan izləyib.
Tutumundan çox insanın gəlişinin səbəbkarı isə ştatın qubernatoru Nasir Əl Rufaydır. Belə ki, o , bir gün əvvəl bütün biletləri alaraq stadiona girişi pulsuz etmişdi.