Hollandiya milli komandasının və "Qalatasaray" klubunun aparıcı futbolçularından biri olan Uesli Sneyder zədələnib.
Sportarena.az xəbər verir ki, dünən yoldaşlıq oyunları çərçivəsində keçirilən Hollandiya - Fransa matçında (2:3) zədələnən futbolçu məcburi əvəzlənib. Bu gün tibbi müayinədən keçən yarımmüdafiəçinin İngiltərə millisinə qarşı keçiriləcək oyunda forma geynməyəcəyi açıqlanıb.
Qeyd edək ki, matçın 37-ci dəqiqəsində zədələnən futbolçunun yerinə meydana Riçedliy Bazoyer daxil olub.