"Çelsi" klubu yayda heyətinə yeni hücumçu qatmaq niyyətindədir.
Sportarena.az xəbər verir ki, "zadəganlar" "Napoli"nin forvardı Qonsalo İquainlə yaxından maraqlanırlar.
Lakin İtaliya təmsilçisi futbolçuya 94 milyon avroluq qiymət qoyub. "Çelsi" klubu isə futbolçu üçün 65 milyon ödəməyə hazır olduğunu bildirib.