"Liverpul" "River Pleyt"in futbolçusu Lukas Alarionu heyətinə qatmaq istəyir.
Sportarena.az xəbər verir ki, "Liverpul" Argentina klubuna təklif də göndərib. Lakin tərəflər hələlik maliyyə məsələlərində anlaşa bilməyib. Belə ki, inglislər 5.7 milyon funt-sterlinq təklif edib, argentinalılar 8.5 milyon funt-sterlinq istəyib.
Qeyd edək ki, Lukasın xidmətində "Liverpul"la yanaşı, "Ayaks", "İntep" və "Palermo"nun da maraqlı olduğu bildirilir.