"Bu oyun bizim üçün sınaq idi. Səhvlərə yol verdik, bunun üzərində işləyəcəyik."
Sportarena.az xəbər verir ki, bu sözləri Antalyada yoldaşlıq görüşündə Qazaxıstana minimal hesabla məğlub olan millimizin baş məşqçisi Robert Prosineçki deyib:
"Komandanın oyununa gəlincə, onu demək istəyirəm ki, yaxşı oyun göstərdik, qol şanslarımız da oldu. Bu oyundan razı qaldım amma görüləcək işlərimiz çoxdur.
- Hansı futbolçular sizi məyus etdilər?
- Mən bu barədə danışmaq istəmirəm. İlk dəqiqələrdə qol vuraxdıq. Futbolçularım dəqiq oynamırdılar. Amma komandamın oyunundan razı qaldım. Bilirəm ki, bundan da daha yaxşı oynuya bilirlər. Bu gün özlərini yaxşı göstərə bilmədilər.
- Araz Abdullayevi bu gün fərqli mövqedə oynatdız. Razı qaldınızmı oyunundan?
- Mən Arazdan bu gün çox razı qalmışam. Həm hücumda gözəl çıxış edirdi, həm də müdafiəyə kömək edirdi.