Elxan Məmmədov: "Millimiz daha 3 yoxlama oyunu keçirəcək"

22:04 26 Mart 2016

Mayın 23-dən iyunun 4-dək Azərbaycan millisinin Avstriyada təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, bu toplanış zamanı üç yoxlama görüşü planlaşdırılır.
 
Sportarena.az xəbər verir ki, bu barədə  AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
 
Antalyada Azərbaycan – Qazaxıstan (0:1) hazırlıq matçından açıqlama verən baş katib milli komandanın Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcəyini deyib: “Artıq Kanada ilə razılaşmışıq. İkinci rəqib böyük ehtimalla Makedoniya millisi olacaq. Bu dəqiqləşəndən sonra üçüncü sınaqçının da kimliyinə aydınlıq gələcək”.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti