İspaniyalı futbolçu "Real"ın müdafiəçisi Serxio Ramosun Çempionlar Liqasının finalında "Atletiko"ya vurduğu qoldan sonra televizoru sındırdığını bildirib:
"Barselona"dakı ilk mövsümümdə İker Kasilyasa vurduğum qolu xatırlayıram. Həmin görüşdə 6:2 hesabı ilə qalib gəlmişdik. Ancaq 2013/2014 mövsümündə "Real"ın Çempionlar Liqasını qazanmasına çox məyus oldum. O matçı Los-Angelesdə izləyirdim. "Real"ın müdafiəçisi Serxio Ramos bərabərlik qolunu vuranda televizoru sındırdım".
Qeyd edək ki, "Real" finalda Madrid "Atletiko"suna 4:1 hesabı ilə qalib gələrək 10-cu dəfə kuboku muzeyinə aparıb.