Azərbaycan çempionatında 2-ci mərhələ

00:48 27 Mart 2016

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının 2-ci mərhələsi keçirilib.

Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

Kiçik yaşlı qızların mübarizəsində 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-15, U-17 və gənclər kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Qadir Mustafayev və Rövşən İsmayılov digər rəqibləri üçün əlçatmaz olublar.

Və ən nəhayət, U23/Elit kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbi / Lokomotiv klubunu təmsil edən Aqşin Bağırlı birinci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti