Mayın 23-dən Avstriyada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. Onun sözlərinə görə, bu, böyük ehtimalla Makedoniya yığması olacaq. E.Məmmədov deyib ki, oyunun tarixi də rəsmiləşdikdən sonra üçüncü rəqibin də adına aydınlıq gələcək.
Qeyd edək ki, daha öncə Azərbaycan millisinin iyunun 3-də Kanada ilə yoldaşlıq görüşü keçirəcəyi açıqlanıb.