Azərbaycanı təmsil edən məşhur idmançı ABŞ-da öldü

11:50 27 Mart 2016

Fiqurlu konkisürmə üzrə bir vaxtlar Azərbaycanı təmsil etmiş rusiyalı idmançı İqor Paşkeviç ABŞ-ın Mayami şəhərində həlak olub.

 

Sportarena.az xəbər verir ki, ölümünün səbəbi açıqlanmayan Paşkeviç 44 yaşında dünyasını dəyişib.

 

Beynəlxalq idman ustası İqor Paşkeviç Moskvada anadan olub. O, 1990-cı ildə gənclər arasında dünya çempionatının qalibi olub. 1996-cı ildə Avropa çempionatının gümüş medalını qazanıb. 

 


1997-ci ildən kişilər arasında fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edib. 

 

Qeyd edək ki, son illərdə o, ABŞ-da məşqçi kimi çalışıb.


Digər xəbərlər

Xəbər xətti