"Çelsi"nin qolkiperi Tibu Kurtua yayda "Real"a keçə bilər.
Sportarena.az "AS" qəzetinə istinadən xəbər verir ki, klubun prezidenti Florentino Perez yayda komandanın heyətinə yeni qapıçı əlavə etmək istəyir.
"Çelsi" klubu da qolkiperi mövsüm sonunda satmaq niyyətindədir. Mənbənin sözlərinə görə "zadəganlar" qolkiperə 100 milyon avoluq qiymət qoyub.
Qeyd edək ki, Kurtuanın sevgilisi də ispaniyalıdır. Bu səbəbdən futbolçunun "kral klubu"na keçidi reallaşa bilər.