Əfran İsmayılov: "Rəqib bundan istifadə etdi"

13:15 27 Mart 2016

“Tanıdığımız rəqib idi, bilirdik ki, ağır oyun olacaq. Qazaxıstan futbolu hazırda bizim futbol kimi inkişafdadı”. 


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan - Qazaxıstan matçından sonra millimizin yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
 


Qazaxıstan yığması ilə Antalyada yoldaşlıq görüşü keçirən millimiz 0:1 hesablı məğlubiyyətə düçar olub.
 

Qarşılaşma ilə bağlı fikirlərini bildirən İsmayılov rəqibin müdafiəyə daha çox meyl etdiyini söyləyib: “Bir anlıq anlaşılmazlıqdan qapımızda qol gördük. Rəqib erkən qoldan istifadə edib müdafədən oynamağa başladı. Hesabı bərabərləşdirmək üçün çox çalışdıq. Ümumiyyətlə, yoldaşlıq oyunu olmasına baxmayaraq, qələbə qazanmaq istəyirdik. Az da olsa, qol şansımız yarandı. Ancaq istifadə edə bilmədik. Nəticədə məğlub olduq. Qələbə qazansaydıq, bizim üçün əla olardı. Amma bu toplanışın komandaya xeyir verdiyini düşünürəm”.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti