Ötən gün Türkiyənin Antalya şəhərində Qazaxıstanla yoldaşlıq görüşündə milli komandamızın kapitanı Rəşad Sadıqov əvəzlənərkən kapitanlıq sarğısını Kamran Ağayevə deyil, Bədavi Hüseynova verməsi geniş müzakirələrə səbəb olmuşdu.
Sportarena.az xəbər verir ki, AFFA bu məsələ ilə bağlı rəsmi "facebook" hesabından açıqlama yayıb.
Federasiyanın açıqlamasını diqqətinizə çatıdırırıq:
"Ötən mövsüm milli komandanın kapitanı Rəşad Sadıqov, vitse-kapitan Rahid Əmirquliyev, ehtiyat kapitan Vüqar Nadirov olub. Növbəti mövsümün əvvəlində kapitan, vitse ve ehtiyat kapitanın adı açıqlanacaq.
Dünən keçirilən Azərbaycan-Qazaxıstan beynəlxalq yoldaşlıq oyununda kapitan sarğısı ilə meydana çıxan Rəşad əvəzləndiyindən, kapitan sarğısı baş məşqçinin qərarı ilə millidə ən çox oyun keçirən 2 nəfərdən birinə - Kamran Ağayevə ve Bədavi Hüseynova verilməli idi. Kamranın ikinci hissədə əvəzlənməsi nəzərdə tutulduğundan, kapitan sarğısı Bədaviyə verildi.
Qeyd edək ki, bu oyunu Rahid zədəyə görə buraxmalı olub, Vüqar isə milliyə çağırılmayıb".