İtaliya Futbol Federeasiyası milli komandanın baş məşqçisi postuna naqmizədlərin siyahısını bir qədər də genişləndirib.
Sportarena.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının rəhbəri Karlo Tevekkionun baş məşqçi postu üçün tərtib etdiyi siyahısına millinin keçmiş futbolçusu Roberto Badjo da düşüb.
49 yaşlı Robertonun məşqçilik təcrübəsi olmasa da, lazımi lisenziyası mövcuddur.
Qeyd edək ki, daha öncə yayılan məlumatlara görə, millini çalışdırmağa namizədlər sırasında Can Pyero Qasperini, Eusebio Di Françesko və gənclər yığmasının baş məşqçisi Luici Di Byadco da var.