İngiltərənin "Lester" klubunun qolkiperi Kasper Şmeyzel zədələnib.
Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu Danimarka milli komandasının düşərgəsində zədələnib. Məşq zamanı zədə alan qolkiperin hansı müddətə oynamaycağı məlum deyil. Lakin futbolçunun Şotlandiya millisinə qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcəyi dəqiqdir.