"Lester"in futbolçusu təkzib etdi: "Yayılan məlumatlar yanlışdır"

18:39 27 Mart 2016

Xəbər verdiyimiz kimi "Lester"in qolpikeri Kasper Şmeyzel Danimarkanın düşərgəsində zədələnmişdi.


Sportarena.az xəbər verir ki, futbolçu bu barədə yayılan məlumatları təkzib edib. O, şəxsi "tvitter" səhifəsində bu barədə məlumat paylaşıb.


"Mən zədələnməmişəm. Yayılan məlumatlar yanlışdır. Sadəcə olaraq tədbirdə iştirak etmək üçün bu gün məşqdə olmamışam", - deyə Şmeyzel bildirib.


Qeyd edək ki, Danimarka millisi növbəti yoldaşlıq görüşünü Şotlandiya yığmasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti