"Borussiya"nın türk əsilli futbolçusu İlkay Gündoğan karyerasını İngiltərədə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olduğu bildirilir. Pep Qvardiolanın istədiyi futbolçu üçün "Mançester Siti" "Borussiya"ya 25 milyon avro ödəyəcək.
Futbolçunun klubla neçə illik müqavilə imzalayacağı isə hələ ki məlum deyil.