İspaniya yığmasının qapıçısı İker Kasilyas bu gün Rumıniya ilə qarşılaşmada start heyətində meydana çıxıb.
34 yaşlı qapıçı üçün bu milli komandada 166-cı oyun olub. Bununla da Latviya yığmasının yarımmüdafiəçisi Vitaliy Asteafyevi ötərək Avropanın bu göstəriciyə görə rekordçusu olub.
Dünya reytinqində ispan qapıçı 6-cıdır.Misir yığmasının futbolçusu Əhməd Həsənın aktivində 184 oyun var.