Rəqibini dişlədi, oyundan sonra döyüldü

10:37 28 Mart 2016

Türkiyə həvəskar liqasında keçirilən "Kırşehirspor" - "Kırıkkalespor" matçında xoşagəlməz hadisə yaşanıb.

 


Sportarena.az xəbər verir ki, matçın 86-cı dəqiqəsində "Kırıkkalespor"un futbolçusu Ömər Sular rəqibi Əhmət Çəlikin sinəsini dişləyib. Bu hərəkətin qarşılığında hakimdən sarı vərəqə görüb. Lakin, hadisə bununla bitməyib. Belə ki, matç bitdikdən sonra əsəblərini cilovlaya bilməyən Əhmət Çəlik Ömərin üzərinə hücum edib. 

 

Hadisənin qarşısını almaq üçün stadiona çoxlu sayda polis qüvvəsi gətirilib.

 

Qeyd edək ki, qalmaqallı matç 1:0 hesabı ilə "Kırıkkalespor"un xeyirinə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti