17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək yığmaların arasına daha 2 ölkə qoşulub.
Sportarena.az xəbər verir ki, bunlar İngiltərə və Ukrayna milliləridir.
Martın 29-da qrupun eyni xalla lideri olan İngiltərə ilə Ukrayna arasında son turun oyunu keçiriləcək. Bu matçın nəticəsindən asılı olmayaraq, İngiltərə və Ukrayna millisi Bakıda start götürəcək final mərhələsinə qatıla biləcək. Rusiya və Türkiyə isə bu turnirdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, daha öncə Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.