Türkiyə Superliqasının XXVI turunda təxirə salınmış "Qalatasaray" - "Fənərbaxça" derbisinin keçirilmə tarixi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, martın 20-i keçirilməsi nəzərdə tutulan matç terror təhlükəsi ilə təxirə salınmışdı. Bu gün Türkiyə Futbol Federasiyasından verilən açıqlamaya görə matç aprel ayının 13-ü keçiriləcək.