Dünyanın ən yaxşı baş məşqçilərinin növbəti reytinqi açıqlanıb.
Sportarena.az xəbər verir ki, "World Coach Ranking"in açıqladığı siyahıda Azərbaycandan üç məşqçi yer alıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fevralla müqayisədə martda 6 pillə irəliləyib. Təcrübəli mütəxəssis 475-ci yerdən 469-a yüksəlib. Onun hesabında 1238 xal var.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da mövqeyini dəyişib. Aktivində 937 xal olan ukraynalı mütəxəssis, 580-dən 578-ə qalxıb.
"İnter"in məşqçisi Roman Cəfərov 256 xalla 1011-ci pilləni 1007-yə dəyişib.
Qeyd edək ki, siyahıda ilk pilləsində dəyişiklik baş verməyib. "Barselona"nın çalışdırıcısı Luis Enrike (20596 xal) birinci, "Sevilya"dan Unay Emeri (13768 xal) ikinci, "Bavariya"dan Xosep Qvardiola (13364 xal) üçüncüdür.