16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün son oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Belarus komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın qolunu penalti zərbəsindən Kamran Quliyev vurub.
Xatırladaq ki, futbolçularımız turnirin ilk oyununda Lixtenşteyn yığmasına 8:0 hesabı ilə qalib gəlmiş, ikinci qarşılaşmada isə Malta komandasına məğlub olmuşdu – 0:3.
Qeyd edək ki, yığmamız turniri 3-cü pillədə başa vurub.