"Latsio"nun hücumçusu Miroslav Kloze karyerasını Amerikada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, , futbolçu ilə "Orlando Siti" klubu yaxından maraqlanır. Almaniyalı futbolçu çox güman ki, mövsüm sonunda bu barədə qərarını açıqlayacaq.
Qeyd edək ki, 37 yaşlı futbolçu millidəki karyerasını 2014-cü ildə bitirib.