İngiltərənin "Mançester Yunayted" klubu maraqlı qərar qəbul edib.
Sportarena.az xəbər verir ki, qərara əsasən, gənc futbolçular komandanın əsas futbolçuları ilə birlikdə paltardəyişmə otağından istifadə edə bilməyəcəklər. Qərarın qəbul edilməsinə səbəb isə, gənc futbolçuların arxayınlaşmasıdır.
Qərar yalnız komandanın heyətinə yeni cəlb olunan, gənc futbolçula şamil ediləcək.
Qeyd edək ki, hal-hazırda komandanın heyətində Markus Reşford, Gilermo Varela, Ceyms Veir, Joe Riley, Donald Lov və Reqan Poul kimi gənc oyunçular yer alıb.