Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"ya aparacağı heyətdə sürprizə imza atmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, Avropa çempionatında Mehmet Topalı mərkəz müdafiəçisi mövqeyinə çəkməyi planlaşdıran Terim sərəncamında Ozan Tufan və Selcuk İnandan başqa hücumameylli yarımmüdafiəçi olmadığından Əmrə Belezoğlunu da Fransaya aparmağı planlaşdırır.
Qeyd edək ki, hazırda 2000-2014-cü illərdə Türkiyə millisinin formasını geyinən 35 yaşlı futbolçu 94 oyunda 10 qol vurub.