PSJ klubunun futbolçu Zlatan İbrahimoviç gələcək karyerası haqqında danışıb.
Sportarena.az xəbər verir ki, futbolçu verdiyi açıqlamada mövsüm sonunda karyerasını bitirə biləcəyini də bildirib:
"Ağlasığmaz bir hal da baş verə bilər. Bəlkə mövsüm sonunda futbolla vidalaşdım.
Bu barədə həqiqətən düşünmüşəm. Ola bilsin, karyeramı yayda bitirdim. Futbolla yüksək formada vidalaşmağı düşünürəm".
Qeyd edək ki, 2012-ci ildən PSJ-də çıxış edən futbolçu, karyerası ərzində "Ayaks", "Milan", "Barselona", "İnter" və "Yuventus" kimi klublarda mübarizə aparıb. Hal-hazırda bir neçə İngiltərə nəhəng klubunun maraq dairəsində olan futbolçu, karyerasına harada davam edəcəyinə hələ ki qərar verməyib.